Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “2 aprel Dünya Autizm Məlumatlandırma Günü” ilə bağlı açıq qapı günü təşkil edilmişdir

02 aprel 2022 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “2 aprel Dünya Autizm Məlumatlandırma Günü” ilə bağlı “Ana məktəb” uşaq bağçasında açıq qapı günü təşkil edilmişdir. Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Ana məktəb” uşaq bağçasında baş tutan tədbirdə Komitənin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva və psixoloqu Şəbnəm Cəfərova, Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin əməkdaşları Şahin Talıbov, Nigar Bəylərova, Gülnar Məmmədova və Abasağa Dərbəndli, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial işçisi Nərmin Mürsəlova, eyni zamanda “Autizmə Erkən Müdaxilə Mərkəzi”nin rəhbəri Aynur Hüseynli iştirak etmişlər. Açıq qapı günündə uşaqların müayinəsi aparılmış, onlara və valideynlərinə psixo-sosial xidmət göstərilmişdir.

Keçidlər