Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə "Heydər Əliyev və Azərbaycan tarixi" elmi praktik konfrans üçün elan edilmiş müsabiqənin yarımfinal turu keçirildi

05 aprel 2022 | 16:00

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans üçün elan edilmiş müsabiqənin yarımfinal turu keçirildi.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail RİHBA-nın məsul əməkdaşları, rayon məktəbliləri və onların elmi rəhbərləri iştirak etmişlər.
Tədbir zamanı Ulu öndər Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğu vurğulanıb. Bildirilib ki, bu idarəçilik məktəbinin qurucusu olan Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycanın müasir ictimai-siyasi fikir tarixində özünəməxsus yer tutur.
Daha sonra  münsiflər heyəti tərəfindən ümumilikdə 5 mövzu üzrə 25-dən artıq elmi işdən seçilmiş 13 ən yaxşı  referat  dinlənilmişdir.
Sonda konfransda iştirak etmiş məktəblilərə Səbail Rayon İcra Hakimiyyəti başçısının adından  həvəsləndirici "Təşəkkürnamə"  təqdim olundu.

Keçidlər