Səbaildə qaz balonlarının istifadəsinə dair monitorinqlər həyata keçirilir
05 aprel 2022 | 16:00
Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonu ərazisində ictimai-iaşə və ticarət obyektlərində qaz balonlarından istifadə və xüsusi icazə sənədi olmadan quraşdırılmış havalandırma boruları ilə bağlı monitorinqlər həyata keçirilir.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanlarda fəaliyyət göstərən sahibkarlarla texniki şərtlərə əməl etməklə elektrik enerjisindən istifadə edilməsi, eyni zamanda müasir tələblərə cavab verən havalandırma sistemlərinin quraşdırılması ilə bağlı danışıqlar aparılır.