Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda açıq sahələrdə yanğınların qarşısının alınması ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir

09 aprel 2022 | 16:00

Səbail rayonunda açıq sahələrdə yanğınların baş verməsinin qarşısının alınması ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir.
Aparılan təhlükəsizlik tədbirlər çərçivəsində Səbail rayonu, 20-ci yaşayış sahəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus əraziyə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış monitorinq qrupunun üzvlərilə birgə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan ərazidə yaşayış evlərindən axıdılan çirkab suları nəticəsində açıq sahələrdə yaranmış qamışlıq və kol-kos sahələrdə baş verən yanğınların təhlili aparılmış, belə hadisələrin arzuolunmaz mütəmadiliklə təkrarlanması, bəzi hallarda yanğının eyni ünvanlarda dövri olaraq təkrarən qeydə alınması ərazidə olan neft quyuları və yaşayış evləri üçün real təhlükə yaratması müəyyən edilmişdir. Ərazidə bu kimi halların qarşısının alınması məqsədilə quru ot sahələrinin təmizlənməsi və burada olan yaşayış evlərinə 450 metr uzunluğunda yeni kanalizasiya xəttinin çəkilməsi üçün aidiyyatı üzrə müvafiq tapşırıqlar verilmişdir. Daha sonra sözügedən ünvanda yaşayan sakinlərlə görüş keçirilmiş yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə işləri aparılmışdır.
Havaların isinməsi ilə əlaqədar əhalini bir daha yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və yaşıllıqları qorumağa çağırırıq.

Keçidlər