Səbaildə “Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi" ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir
Aprelin 15-də Səbail Rayon İcra Hakimiyyətində “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı Tədbirlər Planı çərçivəsində “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, Səbail RİHBA-nın əməkdaşları, RİHBA-nın sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail RİHB-nın müavini Eldar Ağayev qonaqları salamlayaraq Ulu öndər Heydər Əliyevin xalqımızı bir yumruq kimi dövlətin ətrafında birləşdirmiş azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik ideyaları və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bu ideyaların layiqincə davam etdirilməsi haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Daha sonra çıxış edən tədbirin qonağı professor Asəf Zamanov dövlətimizin inkişafında misilsiz xidmətlər göstərən Ulu öndərin çoxşaxəli və nümunəvi fəaliyyəti haqqında məlumat verib, onun siyasi fəaliyyətinin öyrənilməsinin və təbliğinin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. Professor qeyd etmişdir ki, Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.