Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

20 aprel 2022 | 16:00

Aprelin 20-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, M.Muxtarov küçəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və bir qrup sakin iştirak etmişdir.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, marşrut xətlərinin dəyişdirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, küçələrin işıqlandırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər. RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Daha sonra eyvan və dam örtüyünün qəzalı vəziyyətdə olması barədə sakinlərin müraciətləri ilə əlaqədar RİH başçısı Vuqar Zeynalov M.Muxtarov küçəsi ev 5 və R.Rza küçəsi ev 4 ünvanlarında yerindəcə baxış keçirmiş və müvafiq tədbirlər görülməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar vermişdir.
Qəbulda iştirak edən vətəndaşlar ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər