Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail şəhidlərinin ailə üzvlərinin Şuşaya səfəri təşkil olundu

21 aprel 2022 | 16:00

Səfərdə Millət vəkili Nigar Arpadarai, Səbail RİH başçının müavini Kəmalə Həşimova və şəhid ailələrinin üzvləri iştirak etmişlər.
Səfər zamanı Millət vəkili Nigar Arpadarai fikirlərini bölüşərək bildirmişdir: "Şuşa Azərbaycan üçün milli qürurdur, mədəniyyətdir, tarixdir. Qüdrətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mədəniyyətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi.
8 noyabr tarixinin Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazılmasının çox sevindirici və qürurverici hal olduğunu vurğulayan Səbail RİH başçısının müavini Kəmalə Həşimova bildirmişdir ki: "Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu tarix Ölkə başçısının müvafiq Sərəncamı ilə "Zəfər günü" elan edilib. Bu gün əziz Qarabağımız, Şuşamız azaddır. Burada şanlı bayrağımız qürurla dalğalanır.
Şuşaya səfər etdikləri üçün çox xoşbəxt olduqlarını bildirən Şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova Ordumuzun qəhrəmanlıq salnaməsi olan Şuşanın milyonlarla azərbaycanlını birləşdirən dəyər olduğunu, Qarabağın bu əzəmətli qalasının bizim həm də müqəddəs ziyarət ocağımız olduğunu bildirmişdir. O, şəhidlərin ailə üzvləri adından Mübarək Ramazan ayında Şuşa səfərinin təşkil olunmasına görə Ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

Keçidlər