Səbaildə iftar süfrəsi təşkil olundu
İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardım göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonununda iftar süfrələri təşkil olunur.
Növbəti belə bir tədbir aprelin 21-də Badamdar qəsəbəsində 350 nəfərin iştirakı ilə keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİHB-nin müavinləri, RİHBA-nın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İftar mərasimi Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev tərəfindən Qurani Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamış, daha sonra müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirmişdir.
Tədbirdə ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirildiyi vurğulanmışdır.
Qeyd edək ki, bu kimi iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində o, cümlədən İçəri şəhər “Cümə” və Bibiheybət məscidlərində keçiriləcəkdir.