Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq artisti Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub

25 aprel 2022 | 16:00

Aprelin 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Tofiq Quliyev adına 12 nömrəli Onbirillik musiqi məktəbinin bəstəkarın 105 illik yubileyinə həsr olunmuş hesabat konserti keçiriImişdir. Tədbirə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail RİHBA-nın məsul əməkdaşları, Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi İbrahim Əliyev və digər qonaqlar dəvət olunmuşdur.
Konsertdə xalq artisti dirijor Yalçın Adıgözəlovun rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri va Tofiq Quliyev adına 12 nömrəli Onbirillik musiqi məktəbinin şagirdləri Azərbaycan va dünya bəstəkarlarının əsərlərini ifa etmişlər.
Tədbir zamanı qeyd olunmuşdur ki, Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Onun ürək açan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaqdır.

Keçidlər