Səbail Rayon İcra Hakimiyyətinin başçısı Bibiheybət qəsəbəsində sakinlərlə səyyar qəbul keçirmişdir
Aprelin 27-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bibiheybət qəsəbəsi, 75-ci küçədə sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və bir qrup sakin iştirak etmişdir.
Görüşdə sakinlər marşrut xətlərinin dəyişdirilməsi, yeni kanalizasiya xətlərinin çəkilməsi, küçələrin işıqlandırılması, küçələrə yeni adların verilməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər. RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən vətəndaşlar ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.