Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Ulu öndər Heydər Əliyevin vəfatının 10 illiyi ilə bağlı ehsan mərasimləri təşkil olunmuşdur

13 dekabr 2013 | 16:00

Səbail rayonunda Ümummilli lider Heyər Əliyevin vəfatının 10-cu il dönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər sırasında Ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramla olaraq rayonun müxtəlif yaşayış məntəqələrində ehsan süfrələri təşkil olunmuşdur.
İlk növbədə dekabır ayının 10-da M.Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən ədəbi-bidii tədbirdən sonra 700 nəfərin iştirakı ilə Badamdar qəsəbəsindəki «Bəyoğlu» şadlıq sarayında Ulu öndərin əziz xatirəsinə ehsan verilmişdir.
İştirakçılar qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Din xadimləri Ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsini oxumuşlar. 
Dekabr ayının 12-də isə rayon ictimaiyyətinin nümayəndələri «Fəxri Xiyaban»da Ulu öndərin məzarını ziyarət etmiş, həmçinin həmin gün Bibiheybət qəsəbəsindəki xeyir-şər evində, Bayıl yaşayış sahəsindəki «Bakı gecələri» restoranında və Badamdar qəsəbəsindəki xeyir-şər evində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, ümumilikdə 2000 nəfərin iştirak etdiyi    ehsan süfrələri təşkil olunmuşdur.
Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, qəsəbələrin  sakinləri, din xadimlərinin iştirakı ilə keçirilən bu tədbirlərdə də Ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr, hamımız üçün çox əzih olan bu insanını ruhuna dualar oxumuşdur.
Həmin gün  həmçinin Bibiheybət və İçəri şəhər «Cümə» məscidlərində də Ulu öndərin əziz xatirəsinə həsr olunmuş dini mərasimlər keçirilmişdir.

Keçidlər