Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anıldı

28 aprel 2022 | 16:00

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cı ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail RİHBA-nın məsul əməkdaşları və rayonun səhiyyə müəssisələrinin rəhbərləri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, onların əziz xatirələrini dərin ehtiramla yad edərək məzarları önünə gül dəstələri düzmüşlər.
Daha sonra Səbail Rayon İcra Hakimiyyətində qonaqların və Səbail RİHBA-nın məsul şəxslərinin iştirakı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cı ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunmuşdur. Tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısının müavini Kəmalə Həşimova bildirmişdir ki: “Akademik Zərifə xanım Əliyeva nəyinki milli oftalmologiyamızın, dünya oftalmologiya elminin parlaq simalarından olmuş, şəfalı əlləri ilə minlərlə xəstənin gözlərindəki zülməti işığa çevirmişdir. 20-ci əsrin ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyev kimi dünya miqyaslı bir liderin inkişafında müstəsna xidmətlərə malik Zərifə xanım, eyni zamanda, 30 illik savaşı Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaradan Müzəffər Komandanı yetişdirmiş fədakar, qayğıkeş ana olmuşdur”.
Həmçinin rayonun səhiyyə müəssisələrinin rəhbərləri çıxış edərək, Zərifə xanım Əliyevanın tibb elminə verdiyi böyük töhfələrdən, oftalmologiyaya gətirdiyi yeniliklərdən danışmış, onun dövrünün ən sayılan və seçilən həkimlərindən olduğunu vurğulamışlar. Onlar həmçinin, Zərifə xanımın ailə dəyərlərinin ən gözəl nümunəsini göstərdiyini və Azərbaycan xanımının bütün gözəl keyfiyyətlərini özündə birləşdirən ziyalı kimi onu tanıyan bütün insanların yaddaşında xoş xatirələrlə qaldığını vurğulamışlar.

Keçidlər