Şriftin ölçüsü :

Saytın rəngi :

Tofiq Quliyev adına 12 nömrəli Onbirillik musiqi məktəbinin direktoru Gülnarə Səfərovanın yubileyi münasibətilə konsert proqramı keçiriImişdir

29 aprel 2022 | 16:00

Tofiq Quliyev adına 12 nömrəli Onbirillik musiqi məktəbinin direktoru Gülnarə Səfərovanın yubileyinə həsr olunmuş konsert proqramı keçiriImişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Təşkil olunana konsert proqramında məktəbin müəllim və şagirdlərinin ifasında səslənən musiqi əsərləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbir zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ölkə başçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə mədəniyyət sahəsində əsaslı islahatlar aparıldığını, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Daha sonra RİH başçısı musiqi məktəbinin nailiyyətlərindən danışaraq bildirmişdir ki, bu tədris ocağının şagirdlərinin respublika səviyyəli müxtəlif müsabiqə və festivallarda böyük uğurlar qazanmışlar. Peşəkar müəllimlərin və bacarıqlı rəhbərliyin fəaliyyəti  sayəsində musiqi məktəbi yüksək tədris göstəriciləri ilə respublikanın öndə gedən musiqi təhsil müəssisələri arasında layiqli yer tutmuşdur. Bu da, öz növbəsində, məktəbdə tədris və tərbiyə işlərinin yüksək səviyyədə qurulduğuna dəlalət edir. RİH başçısı çıxışının sonunda məktəbin direktoru Gülnarə Səfərovanı yubileyi münasibətilə təbrik edərək ona musiqi mədəniyyətinin inkişafında daha böyük uğurlar arzulamış, eyni zamanda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə “Fəxri Fərman” təqdim etmişdir.
Məktəbin direktoru Gülnarə Səfərova çıxışında musiqi sənətinin inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyinə, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradıldığına görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Sonda məktəbin seçilmiş müəllimləri rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə, şagirdlər isə rayonun yeniyetmələri arasında mədəniyyət sahəsində fəqləndiklərinə görə Səbail RİH başçısının Fəxri Fərmanları ilə təltif olunmuş və onlarla xatirə şəkli çəkdirilmişdir.

 

Keçidlər