Səbail rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə aztəminatlı ailələrə yardımlar təqdim olunmuşdur
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsinin qərərgahında rayonda yaşayan şəhid ailələri, müharibə əlilləri və veteranları, məcburi köçkünlər, müxtəlif dərəcəli əlillər, aztəminatlı ailələrin üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə iştirakçılara başa çatan il ərzində ölkə rəhbərliyinin tapşırıq və sərəncamları əsasında görülən böyük quruculuq və abadlıq işləri,ölkədə həyata keçirilən sosial siyasət, sosial sahəyə olan diqqət və qayğının, əmək haqları, pensiya və müavinətlərin artırılması barədə danışılmış, bu istiqamətdə Səbail rayonunda görülən işlər barədə məlumat verilmişdir.
Tədbirin sonunda imtiyazlı təbəqəyə aid vətəndaşlara, həmçinin aztəminatlı ailələrə RİH tərəfindən hazırlanmış ərzaq bağlamaları təqdim olunmuşdur. Ümumilikdə isə, rayonda 2 gün ərzində bu yardımlar 1500-ə qədər ailəyə təqdim olunmuşdur. Əlavə olaraq 500 imkansız ailəyə qurban əti verilmişdir.