Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilmişdir

27 fevral 2014 | 16:00

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və  ibtidai hərbi hazırlıq səviyyəsinin,  vətənin gələcək müdafiəçilərinin sərrast atıcılıq bacarıqlarının artırılması məqsədilə Səbail rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi ilə birgə artıq ənənəvi xarakter daşıyan Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı «Mahir nişançı» devizi altında güllə atıcılığı üzrə yarış keçirilmişdir. Tədbirin birinci mərhələsində iştirak edən yarış iştirakçıları  və qonaqlar «Şəhidlər Xiyabanı»nı ziyarət etmiş, vətənimizin torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və Xocalıdan olan  şəhidlərin məzarlarını ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.
Yarışda Səbail rayonunun 16 orta məktəbinin komandası iştirak etmişdir. Tərkibi 5 nəfərdən – 3 oğlan və 2 qızdan ibarət olan komandaların hər biri növbə ilə    atıcılıq xəttinə çıxmış və müasir kiçik çaplı pnevmatik snayper tüfənglərin 5 dəfə atəş açmışlar Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi  Səbail rayon Təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləmiş, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən etmişlər.
Atıcılıq yarışlarının final turniri Dövlət Bədən Tərbi1yəsi  və İdman Akademiyasında keçirilmişdir. Finala vəsiqə qazanan 3 məktəbin komandası atəş xəttinə çıxaraq öz məharətldərini göstərmişlər.
Səbail rayonunun məktəblərinin komandalarının   yarışına  yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 7 saylı orta məktəbin, 2-ci yerə 50 saylı orta məktəbin və 3-cü yerə isə 163 saylı orta məktəbin komandaları layiq görülmüşlər.
Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  və  Dövlət Bədən Tərbi1yəsi  və İdman Akademiyasınnın rektoru, Mllət vəkili Ağacan Əbiyev faciənin dəhşətlərindən, bu gün gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyəti olduğundan danışmış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirməyin vacibliyini daim ön plana çəkdiyini toplaşanların nəzərinə çatdırmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə olkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyi bildirilmişdir. 
Yarışda  I, II və III yerləri tutmuş komandalar  müvafiq dərəcəli diplomlar və   qiymətli hədiyyələrə layiq görülmüşlər.

Keçidlər