Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonu, 190 saylı orta məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilmişdir

22 fevral 2014 | 16:00

 Səbail rayonu Osman Mirzəyev adına 190 saylı orta məktəbdə  Beynəlxalq Ana dili gününə həsr olunmuş ənənəvi tədbir keçirilmişdir. Tədbirdə məktəb kollektivi, rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri açıq elan edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova tədbirin əhəmiyyətindən danışmış, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Səfərəliyevanın təşkil etdiyi tədbirdə uşaqların ifasında şerlər, mahnılar səslənmiş, musiqi nömrələri ifa olunmuşdur.
Fevralın 24-də isə məktəbdə   “Xocalı XX əsrin faciəsi”dir mövzüsunda Xocalı soyqırımının 22 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müəllimlər, şagirdlər, valideynlər və Müdafiə Nazirliyinin əməkdaşları iştirak etmişlər. Xocalı faciəsinə həsr olunmuş səhnəciklər, şeirlər, videoçarxlar nümayiş etdirilmişdir.

Keçidlər