Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonundakı 39 saylı Uşaq bağçasında «İdman ili» çərçivəsində bədii- idman tədbiri keçirilmişdir

01 iyun 2012 | 15:00

Gələcəyimiz olan uşaqların sağlam, vətənpərvər ruhda böyüməsi hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2012-ci ilin «İdman ili» elan olunması ölkədə idmana olan qayğı və diqqətin bariz nümunəsi olmuşdur. Son illərdə tikilən Olimpiya komplekslərinin sayının durmadan artması, yeni idman qurğularının inşası, mövcud stadion və idman müəssisələlrinin əsaslı təmir olunması ölkəmizdə gənc nəslin idmana olan marağın artmasına səbəb olur.

«İdman ili» çərçivəsində Səbail rayonunda keçirilən tədbilər çərçivəsində rayonun 39 saylı uşaq bağçasında «Şən startlar» adlı əyləncəli bədii-idman tədbiri keçirilmişdir. Ötən il «Abad həyət» layihəsinə əsasən Səbail RİH-nin daxili imkanları hesabına əsaslı təmir olunmuş Üz.Hacıbəyov küçəsi 45 ünvanda yerləşən həyətdəki süni örtüklü stadionda təşkil olunmuş tədbiri açan 39 saylı bağçanın müdirəsi Rəhilə Məmmədova tədbirdə iştirak edən uşaqları, onların valideynlərini və qonaqları salamlamış, tədbirin mahiyyəti marədə məluamt vermişdir.

İdman bayramında çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Birinci müavini Xalidə Bayramova bildirmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə, onun sağlam böyüməsinə olan qayğsı hər zaman diqqət mərkəzində olmuş və hazırda günü gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gənclərin idmanla məşğul olmalarını hər zaman dəstəkləmiş, idmançıların beynəlxalq yarışlarda uğur qazanmaları üçün çox işlər görmüşdür.

Ulu öndərin davamçısı Prezident İlham Əliyevin hazırda həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyanın lider dövlətlərindən birinə çevirib. Paytaxt Bakı və bölgələrdə inşa edilərək idmançılarımızın ixtiyarına verilən müasir Olimpiya İdman kompleksləri, müxtəlif idman arenaları və bazalar ölkədə həyata keçirilən nəhəng infrastruktur bazası yaradılması siyasətinin tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Qısa müddət ərzində 30-dan çox müasir Olimpiya İdman Kompleksi inşa edilərək idmançılarımızın ixtiyarına verilib. Bu diqqətin bariz nümunəsidir ki, idmançılarımız hər il müxtəlif beynəlxalq yarışlanda müvəffəqiyyətlə iştirak edərək vətənə medallarla qayıdırlar. X.Bayramova rayonda uşaqların idmanla məşğul olması üçün RİH tərəfindən bir sıra tədbirlər barədə də məlumat vermişdir.

Uşaqların iştirakı ilə bədii-idman tədbirinə Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə start verilmişdir. Uşaqlar qonaqlar qarşısında müxtəlif idman nömrələri ilə çıxış etmişlər. Gənc akrobatların və gimnastların ifasında idman təmrinləri, məzhəkəli güləş yarışı nümayiş etdirilmişdir. Şən və əyləncəli müsiqilərin müşayəti ilə müxtəlif idman rəqsləri göstərilmiş, idman komandalarının iştirakı ilə estafet yarışları keçirilmişdir. Uşaqların ifa etdikləri mahnılar bayramı maraqlı və rəngarəng etmişdir.
Tədbirdlə iştrak edən qonaqlar və valideynlər tədbiri maraqla izləmiş, uşaqların çıxışları alqışlarla qarşılanmışdır.
 

Keçidlər