Səbail rayonunun 190 saylı orta məktəbində və 160 saylı Klassik gimnaziyada tədbirlər keçirilmişdir
Səbail rayonu, O.Mirzəyev adına 190 saylı tam orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Ana dedim, qarşımda gözəl bir səhnə açıldı " adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirə məktəb kollektivi, təqaüddə olan müəllimlər, valideynlər dəvət olunmuşdular.
Məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova çıxış edərək qadınları təbrik edib.
Tədbirdə məktəbin şagirdləri anaya, qadına həsr olunan şeirlər, mahnılar səsləndirdilər. Yuxarı sinif şagirdləri Hüseyn Cavidin "Ana" pyesindən bir parçanı tamaşaya qoymuşdular.
Bülbül adına musiqi məktəbinin şagirdləri tədbirin nəğməli qonaqları oldular. Tədbir məktəbin direktor müavini Təranə Yusifovanın təşkilatçılıgı ilə keçirilmişdir.
Rayonun 160 saylı Klassik gimnaziyasında isə «Ana dili günü» ilə bağlı tədbir keçirilmişdir. Tərbir iştirakçılarını məktəbin direktoru, əməkdar müəllim Faina Ələkbərova salamlamış, tədbir barədə məlumat vermişdir.
Sonra məktəb şagirdlərinin ifasında şerlər, mahnılar və kiçik səhnəciklər nümayiş etdirilmişdir.