Şriftin ölçüsü :

Saytın rəngi :

190 saylı orta məktəbdə Novruz şənliyi keçirilmişdir

14 mart 2014 | 16:00

Səbail rayonu, Osman Mirzəyev adına 190 saylı tam orta məktəbdə Novruz bayramına həsr olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin şagirdləri, müəllimləri, valideynləri və Cəlil Məmmədquluzadənin  ev muzeyinin əməkdaşları iştirak etmişlər.                                    
Tədbiri açıq elan edən məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova hamını xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı münasibəti ilə təbrik etmiş, Novruzun tarixi və ənənələrindən danışmışdır.                      
Məktəbin ədəbiyyat müəllimi Pərvanə Səfərəliyevanın təşkil etdiyi tədbirdə uşaqların ifasında şerlər, mahnılar səslənmiş, musiqi nömrələri ifa olunmuşdur. Keçəl və kosanın gəlişi məclisi daha da şənləndirmişdir.

Keçidlər