Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda əhalinin tibbi müayinə tədbirləri keçirilir

15 mart 2014 | 16:00

Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqti sadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan Prezident cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən  Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır.
Bu işlər Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da geniş həyata keçirilir. Rayonda fəaliyyət göstərən 25 tibb müəssisəsini böyük əksəriyəti əsaslı təmir olunmuşdur. Təkcə son iki il ərzində rayonda MTN-nin yeni hərbi hospitalı istifadəyə verilib,  1, 2, 15, 33 saylı şəhər poliklinikaları, 3 saylı Vərəm əleyhinə dispanser, 3 saylı Təcili Tibbi Yardım Stansiyası əsaslı təmir olunub, yeni 19 saylı Köməkçi Təcili Yardım Stansiyası açılıb, bura bütün zəruri avadanlıqlarla təchiz olunub.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Səbail  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bildirmişdir ki, rayonda kedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində şəhərin mərkəzindəki  1 və  2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 28000 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər.
33 saylı şəhər poliklinikasının şöbə müdiri Afət Qədirova çalışdığı tibb müəssisəsinin əsas binası və poliklinikanın 20-ci sahədəki 1 saylı şöbəsiqnin keçən il Dövlət Poqramına uyğun olaraq əsaslı təmir olunduğu, ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu demişdir. Bildirmişdir ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insnlara evlərində xidmət göstərirlər.  Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir.
Rayon sakinləri  ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər.  Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

 

 

 

 

 


 

Keçidlər