Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində Novruz bayramı qeyd olunmuşdur

20 mart 2014 | 16:00

Qədim ənənələrə məxsus Bibiheybət qəsəbəsində qəsəbə nümayəndəliyinin təşkilatçılığı ilə qəsəbə icra nümayəndəliyinin  qarşısındakı meydanda qəsəbə sakinləri, bələdiyyə üzvləri, ağsaqqalların, məktəbin şagirdlərinin və qəsəbə yaxınlığındakı hərbi hissənin şəxsi heyətinin nümayəndələrinin  iştirakı ilə böyük bayram tədbiri keçirilmişdir. 
Bayramsayağı bəzədilmiş meydanda bayram süfrələri açılmış, xonçalar qoyulmuşdu. Tədbirdə çıxış edən Bibiheybət qəsəbə nümayəndəsi Fariz Xəlilov qəsəbə sakinlərinin bayramını təbrik etmiş, onlara xöşbəxtlik, səadət və ailələrinə ruzi-bərəkət arzulamışdır.   
Bibiheybət qəsəbə mədəniyyət evinin xalq çalğı alətləri ansamblı və ansamblın solistləri öz ifaları ilə tədbiri daha şən etmişdir. Kosa və keçəlin, müğənnilərin çıxışları tədbiri daha da şənləndirmişdir.
Məktəb şagirdləri bayrama həsr olumuş şerlərə çıxış etmiş, bayram tonqalı yandırılmşdır.
Tədbirin sonunda iştirakçılara Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər