Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyi Səbail rayonunda qeyd edildi

29 mart 2014 | 16:00

Səbail rayon İcra Hakimiyyətində Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. Əlamətdar yubileyə həsr olunmuş tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk növbədə MTN Səbail rayon İdarəsinin şəxsi heyətini, xüsusi xidmət orqanlarının bütün əməkdaşlarını yubiley münasibəti ilə təbrik etmişdir. Asif Əsgərov Azərbaycanın Milli Təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan,  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, milli kadrların yetişdirilməsindən,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, istər Sovetlər dönəmində, istərsə də müstəqillik qazanılan illərdən bəri Azərbaycanın təhlükəsizlik orqanları şərəfli yol keçmişlər. Gündən günə inkişaf edən respublikamızın nailiyyət və uğurlarını qəbul etməyən, ölkəmizə qarşı düşmən mövqeyi tutan daxili və xarici qüvvələrin, xalqımıza qarşı hər zaman düşmənçilik edən Erməni separatçıları və bu gün təxribatçılıqlarından əl çəkməyə Ermənistan xüsusi orqanlarının, onların əlaltılarının Azərbaycanda qarışıqlıq yaratmağa, təxribatlar törətməyə yönəldilən cəhdlərinin qarşısı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən qətiyyətlə alınır. Bildirilmişdir ki, hər bir vətənpərvər azərbaycanlı harada olmasına baxmayaraq, müasir, müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, onun inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməlidir. 
Natiq MTN Səbail rayon İdarəsinin fəaliyyəti, paytaxtın mərkəzi rayonu, bir çox yerli və beynəlxalq tədbirlərin keçirildiyi, sakinlərimizin və çoxsaylı qonaqların sevimli gəzinti və istirahət yeri olan Səbail rayonunda asayişin, insanların təhlükəsizliyin qorunması, neqativ hallara yol verilməsinin, müxtəlif təxribatların qarşısının alınması istiqamətindəki işlərdən danışmış, idarə əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Çıxış edən MTN Səbail rayon İdarəsinin rəisi, polkovnik Qurban Süleymanov 95 il öncə yaradılan Azərbaycanın ilk mili təhlükəsizlik orqanların tarixindən söz açmışdır. Bildirilmişdir ki,  1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi kimi fəaliyyətə başlamışdır. Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasını Ulu öndər Heydər Əliyev tərəfindən yaradıldığını diqqətə çatdıran Q.Süleymanov qeyd etmişdir ki, Ümummilli liderimiz milli təhlükəsizlik orqanlarının yəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət, yeni dövrün çağırışlarına uyğun təhlükəsizilik sisteminin yardılmasına böyük kömək olmuşdur.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda sivill, demokratik, hüquqi dövlət kimi inkişafına yönəldilmiş siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, əlverişli şəraitin yaradılmasında MTN əməkdaşları da yaxından iştirak edirlər. Terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdəki şərəfli fəaliyyət, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi, dövlət strukturlarının və hüquq-mühafizə orqanlarının birgə səyləri ilə yaradılmış təhlükəsizlik mühiti və sabitlik Azərbaycanın Beynəlxalq nüfuzunu daha da artırır.
Mərasimdə Milli Тəhlükəsizlik Nazirliyi Səbail rayon İdarəsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

 

 

Keçidlər