Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda növbəti ümumrayon iməcliyi keçirilmişdir

30 mart 2014 | 16:00

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının  təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etməkdədir.
Səbail rayonda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti iməclik rayonun təsərrüfat və digər  xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılan – respublikamızın sakinləri  və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin gənub-qərb giriş yolu olan, «Şıx» yaşayış sahəsində, Salyan yolu boyunca keçirilmişdir.
  İməclik ərəfəsində  hazırlıq işləri görülmüş,  lazımi miqdarda ləvazimat toplanılmış, ağacların suvarılması üçün yeni xətlər çəkilmiş və su maşınları cəlb olunmuş, ən əsası isə burada əkilmək üçün dekorativ ağac və gül kolları alınmışdır. 
İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılımış, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilmiş, «Dostluq parkı»ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı, yaşıl ot qatı salınmış,   5 min ədəd yeni ağac, 40 min gül kolu əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır.
Keçirilən iməclik zamanı  5000 ədəd yeni ağac əkilmiş, əlavə olaraq əvvəl əkilmiş 10 min ağaca qulluq göstərilmiş, ərazidə təmizlik işlərinə və  ağacların suvarma məsələlərinə xüsusi fikir verilmişdir.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur.
Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulmuşdur.

 


Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri
Əlaqə telefonu - 493- 34-62 (iş),
493-17-98 (faks), (050/055) -322-34-83 (mob).
sabail-ih@mail.ru
e-mail: mail@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az

Keçidlər