Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin ömür yolu vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir

06 aprel 2014 | 15:00

Səbail rayonun ümumtəhsil  məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə XI sinif şagirdləri üçün «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzularında açıq dərslərin keçirilməsi davam edir. Fevral-mart aylarında bu dərslər Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahı və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmişdir.
Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xususi qrafik tərtib olunmuş, rayonun orta və ali məktəblərinin  peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilmişdir.
Açıq dərslərin keçirildiyi müddətdə rayon məktəblərinin XI sinif şagirdlərinin Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatındakı Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzininə ekskursiyaları və «Fəxri Xiyaban»da ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması nəzərdə tutulmuşdur.
Səbail rayonunda keçirilən növbəti açıq dərs Azərbaycan Dövlət Pedaqoci Universitetinin iclas zalında keçirilmiş, dərsdə 150 nəfər XI sinif şagirdi, rayon İcra Hakimiyyətinin məsul işçiləri, pedaqoci işçilər, həmçinin universitetin müəllimləri iştirak etmişlər.
İlk öncə şagirdlər və qonaqlar Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstünü ziyarət etdilər və önünə çiçəklər düzdülər. Sonra universitetin Heydər Əliyev muzeyi ilə tanış oldular. Ulu öndərin muzeydə nümayiş olunan fotoları, onunla bağlı digər sənədlər, xüsusilə də Heydər Əliyevin Dövlət Pedaqoci Universitetində keçirilən tədbirlərdə iştirakı ilə  bağlı   stendlər məktəblilərdə xoş təəssüratlar oyatmışdır.
2 saylı texniki hümanitar elmlər liseyinin tarix müəlliməsi Sevil Nəsibova   tərəfindən tədris edilən açıq dərs canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçmişdir. Qeyd olunmuşdur ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş etmişdir. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqı sədaqətlə xidmət etmək nümunəsidir.  
Ümummilli liderin zəngin həyat yolu ilə tanış olan məktəblilər xüsusilə, ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük fəaliyyəti ilə əlaqədar fəaliyyətinə böyük maraq göstərmişlər.
Daha sonra ADPU-nun tarix fakultəsinin professoru Mais Əmrahov və ADPU-nun dosenti Rəcəb Əliyev tərəfindən məlumat verilmişdir ki, dahi rəhbər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü şəraitində, işğal və parçalanmaq təhlükəsi ilə üzbəüz şəraitdə qalmış Azərbaycanda müstəqil dövlət quruğuluğu sahəsində fəaliyyəti ölçüyəgəlməz olmuşdur. Bildirilib ki, xalqımızın böyük oğlunun fədakarlığı və uzaqgörən siyasəti sayəsində mövcud problemlər, dövlət çevrilişi cəhdləri aradan qaldırılmış və ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük zəmin yaradılmışdır. Ulu öndərin əsasını qoyduğu və onun işlərinin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında olan nüfuzunun durmadan artmasına səbəb olmuşdur.   
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın inkişafı və tərəqqisi istiqamətindəki fəaliyyəti ilə bağlı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Keçidlər