Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

16 iyun 2023 | 16:45

İyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının muavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdə Azərbaycan xalqının dahi oğlu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbir zamanı çıxış edənlər qeyd etmişlər ki, müstəqilliyin əldə olunmasından sonra vətənini, xalqını sevən və həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu Öndən Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Tədbir Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya və konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər