Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 15 may Beynəlxalq ailə gününə həsr olunmuş tədbir keçirilib

17 may 2024 | 14:57

Səbail rayonu 239 nömrəli tam orta məktəbdə 15 may Beynəlxalq ailə günü ilə əlaqədar Milli qəhrəman Şükür Həmidovun ailə üzvləri ilə görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, məktəbin direktoru Nisə Fərəcova, müəllim və şagirdlər iştirak etmişlər. Tədbirdə Şükür Həmidov haqqında çəkilmiş “Aprel yüksəkliyi” filmi nümayiş etdirilmişdir. Daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailə üzvlərinin daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq onlarla görüşlər keçirildiyini və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə qayğı ilə yanaşılmasının bütün cəmiyyətimizin borcu olduğunu bildirmişdir.

Keçidlər