Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 15 sentyabr – Bilik Günü qeyd edilmişdir

15 sentyabr 2023 | 14:26

Sentyabrın 15-də Respublikamızın hər yerində olduğu kimi Səbail rayonunun ümumtəhsil məktəblərində də Bilik Günü qeyd olunmuşdur.
Tədbirlərdə təhsilin dövlət siyasətinin mühüm bir sahəsi hesab edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına diqqət göstərməsi, müəllimlərə və təhsil işçilərinə həmişə böyük qayğı ilə yanaşması vurğulanaraq əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasətin bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezdenti xanım Mehriban Əliyeva tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirildiyi və bu sahədə atılan genişmiqyaslı addımların ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynadığı diqqətə çatdırılmışdır.
Keçirilən tədbirlər zamanı məktəblərin qazandıqları uğurlardan, əldə etdikləri nəaliyyətlərdən söhbət açılmış, şagirdlər yeni dərs ilinin başlanması münasibətilə təbrik edilmiş, qazanılan nailiyyətlərin bu il də uğurla davam etdiriləcəyi bildirilmişdir.
Tədbirlərdə iştirak edən qonaqlar, valideynlər, müəllimlər və şagirdlər Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezdenti xanım Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən bu diqqət və qayğını minnətdarlıq hissi ilə qarşıladıqlarını ifadə edərək son illər ərzində təhsil sahəsinə göstərilən qayğı nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən ən ucqar kəndlərdə belə yüzlərlə yeni müasir tipli məktəblərin inşası, köhnə məktəb binalarının əsaslı təmir edilərək istifadəyə verilməsi, tələbələrin təqaüdlərinin artırılması, müəllimlərin əməkhaqqının yüksəldilməsi, istedadı olan şagirdlərə, tələbələrə xarici ölkələrdə oxumaq şansının yaradılmasını göstərilən qayğının ən bariz nümunəsi kimi qiymətləndirmişlər.
Sonda Bilik Günü tədbirlərində rəmzi olaraq “İlk zəng” çalınıb.

Keçidlər