Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Ulu öndərin zəngin irsinin XI sinif şagirdlərinə tədris olunmasının vəziyyəti müzakirə olunmuşdur

15 aprel 2014 | 15:00

Cari ilin mart-aprel aylarında Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun ümumtəhsil  məktəblərində müasir Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyevin zəngin irsinin daha səmərəli öyrənilməsi məqsədi ilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslərin keçirilməsi yuksək səviyyədə təşkil olunmuşdur. Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti yığıncağında məhz bu mühüm tədbirin keçirilməsinin vəziyyəti müzakirə olunmuşdur.  

Səbail rayon rəhbərliyi, RİH Başçısı yanında Şuranın üzvləri, rayonun təhsil müəssisələrinin, qəsəbə və sahə ərazi nümayəndəliklərinin, bələdiyyələrin, ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən Səbail RİH Başçısı yanında Şuranın iclasını açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizin təhsil sisteminin  inkişafında böyük irəliləyişlər əldə olunmuşdur. Müvafiq Dövlət Proqramlarına həmçinin cənab Prezidentin tapşırıqlarına uyğun olaraq son illərdə yüzlərlə yeni təhsil müəssisələri tikilmiş, əsaslı təmir olunmuş, lazımi avadanlıq və dərs ləvazimatları ilə təmin olunmuşlar. Bu işlər Səbail rayonundan da yan keçməmiş, son 3 il ərzində rayonda 1 yeni məktəb və uşaq bağçası tikilmiş, digərləri isə əsaslı təmir olunmuşlar. Bütün təhsil müəssisələrində müasir təhsil üçün hər cür şərait yaradılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq Səbail rayonunun ümumtəhsil  məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə XI sinif şagirdləri üçün   «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzularında açıq dərslərin tədris olunması təşkil olunmuşdur. Tədbirin əhəmiyyəti və  onun vacibliyi nəzərə alınaraq dərslərin daha maraqlı və yaddaqalan olması üçün onlar müasir Azərbaycan tarixi və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən Heydər Əliyev muzeyi və mərkəzi olan rayonun iri ali təhsil müəssisələri – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoci Universiteti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının  qərargahında keçirilmişdir.
Keçirilən açıq dərslərin gedişatı barədə məlumat verən Səbail RİH Başçısının birinci müavini Xalidə Bayramova bildirmişdir ki, dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xususi qrafik tərtib olunmuş, rayonun orta və ali məktəblərinin  peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilmişdir. Keçirilən hər bir dərsdə iştirakçılarla yanaşı rayon İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak etmişlər. Təcrübəli tarix müəllimləri tərəıindən tədris edilən açıq dərslərin hamısı canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçmiş və Azərbaycan və rus bölmələri üzrə aparılmışdır.
Rayondakı 17 orta təhsil müəssisəsində 1.268 nəfər XI sinif şagirdinin oxuyur ki, onlar da qruplar şəklində bu dərslərdə iştirak etmişlər. Səbail rayonunda fəaliyyət göstərən işğal altında olan  rayonlardan olan (Ağdam, Laçın, Cəbrayıl, Zəngilan)  5 məcburi köçkün  məktəblərinin 54 nəfər XI sinif şagirdləri də bu dərslərə cəlb olunmuşlar.
Açıq dərslərlə yanaşı fevral ayında 132-134 saylı Təhsil Kompleksinin, mart ayında 49 saylı «İntellekt» məktəb-liseyinin, aprel ayında 190 saylı orta məktəbin hər birinin 60 nəfər şagirdi Heydər Əliyev Mərkəzində olmuşlar. Apreldə isə 189 saylı orta məktəbin şagirdlərinin Mərkəzə ekskursiyası nəzərdə tutulmuşdur.  
Şura iclasında çıxış edən Dövlət İdarəçilik Akademiyasının prorektoru Yusif Ağayev, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 49 saylı «İntellekt» liseyin direktoru Təhminə Əsədova, ADİU-nin YAP ilk təşkilatının sədri Zəfər Bayramov, ADPU-nin prorektoru Rafiq Baxşəliyev və başqaları bu açıq dərslərin vacibliyi və müasir Azərbaycan tarixinin öyrənilməsi istiqamətində gələcək nəsil üçün əhəmiyyətindən danışmışlar.
Şura iclasında həm də xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı rayonda keçiriləcək tədbirlər, onların təşkili barədə məlumat verilmiş, bu tədbirlərin keçirilməsində rayonun idarə, təşkilat və təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıldı,  təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verildi.

 

 


 

Keçidlər