Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 60319 nəfər tibbi müayinədən keçmişdir

18 aprel 2014 | 15:00

Ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması tədbirlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən respublikamızda keçirililən əhalinin tibbi müayinəsi tədbirləri Bakının mərkəzi rayonu olan Səbail rayonunda yüksək səviyyədə təşkil olunmuşdur. Bununla əlaqədar Səbail  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır.

Rayonda kedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunmuşdur.
Fevralın 17-dən etibarən artıq Səbail rayonu üzrə 60319 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunmuşdur. Müayinələr zamanı daha çox arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş, onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Belə ki, qeyd olunan müddət ərzində 172 nəfər stasionar müalicəyə götürülmüş, 8745 nəfərə ambulator müalicə təyin edilmişdır. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər.
Rayonda əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsi yerlərinin biri də Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikasıdır. Qəsəbədə 35 mindən çox əhali yaşayır, 3 minə yaxın məcburi köçkün məskunlaşmışdır. Onların tibbi müayinələrdən keçiriləmsi üçün qəsəbə nümayəndəliyi, yerli bələdiyyə, qəsəbədəki orta və məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət evi, kitabxana və digər qurumların kollektivləri, qəsəbə ictimaiyyətinin nümayəndələri tərəfindən təbliğat və izahetmə işləri aparılmış, xəstə, kimsəsiz, tənha vətəndaşların müayinəsi üçün səyyar həkim briqadaları təşkil olunmuşdur.
34 saylı şəhər poliklinikasının həkim-cərrahı Şərəf Rəşidov mühüm tədbirlə əlaqədar çalışdığı tibb müəssisəsinin ən müasir tibbi avadanlıqlar, dərman preparatları ilə təchiz olunduğunu demişdir. Bildirmişdir ki, poliklinikada yaradılmış səyyar həkimlər briqadaları  qrafik əsasında qəsəbədəki təşkilatlarda, məktəblərdə, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insnlara evlərində xidmət göstərirlər.  Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilmiş, bir sıra xəstələr aidiyyəti üzrə xəstəxanalara göndərilmişlər.
Qəsəbə sakinləri  ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər.  Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

 

 

Keçidlər