Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon məktəbliləri ulu öndər Heydər Əliyevin zəngin irsinə böyük maraq göstərirlər

20 aprel 2014 | 15:00

Müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə Səbail rayonun ümumtəhsil  məktəblərinin XI sinif şagirdləri üçün «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzularında açıq dərslərin keçirilməsi davam edir.
Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xususi qrafik tərtib olunmuş, rayonun orta və ali məktəblərinin  peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilmişdir.
Açıq dərslərin keçirildiyi müddətdə rayonun bir sıra orta məktəblərinin XI sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunmuş, həmçinin onların Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatındakı Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzininə ekskursiyaları və «Fəxri Xiyaban»da ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması nəzərdə tutulmuşdur.
Səbail rayonunda keçirilən növbəti açıq dərs Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmişdir. Dərsdə rayonun 51, 162, 190 ıə 239 saylı orta məktəblərinin 340 nəfər XI sinif şagirdi, rayon İcra Hakimiyyətinin məsul işçiləri, pedaqoci işçilər, həmçinin akademiyanın müəllimləri iştirak etmişlər.
İlk öncə şagirdlər və qonaqlar Akademiyada yaradılmış Heydər Əliyev universiteti ilə tanış olmuş, Ulu öndərin muzeydə nümayiş olunan fotoları, onunla bağlı digər sənədlər və stendlər məktəblilərdə xoş təəssüratlar oyatmışdır.
Tədbirin əvvəlində Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirov və Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə çıxış edərək tədbirin əhəmiyyəti, Ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi və tərəqqisi istiqamətində gördüyü işlərdən danışmışlar.
2 saylı Texniki humanitar elmlər liseyininmüəllimi Sevil Nəsibova və 203 saylı orta m əktəbin müəllimi Haqverdi Cəfərov tərəfindən tədris edilən açıq dərs canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçmişdir. Qeyd olunmuşdur ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş etmişdir. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqı sədaqətlə xidmət etmək nümunəsidir. 
Keçirilən digər açıq dərs isə rayonun 6, 162, 189, 203, 236 saylı orta məktəbləri və 132-134 saylı Təhsil Kompleksinin 200 nəfər  XI sinif şagirdi üçün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında təşkil olunmuşdur. Burada da şagirdlər qərargahdakı Heydər Əliyev güşəsində stendlərlə tanış olmuşlar.
Qeyd olunmuşdur ki, Ümummilli liderin zəngin həyat yolu ilə tanış olan məktəblilər xüsusilə, ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük fəaliyyəti ilə əlaqədar fəaliyyətinə böyük maraq göstərmişlər. Məlumat verilmişdir ki, dahi rəhbər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü şəraitində, işğal və parçalanmaq təhlükəsi ilə üzbəüz şəraitdə qalmış Azərbaycanda müstəqil dövlət quruğuluğu sahəsində fəaliyyəti ölçüyəgəlməz olmuşdur. Xalqımızın böyük oğlunun fədakarlığı və uzaqgörən siyasəti sayəsində mövcud problemlər, dövlət çevrilişi cəhdləri aradan qaldırılmış və ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük zəmin yaradılmışdır. Ulu öndərin əsasını qoyduğu və onun işlərinin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında olan nüfuzunun durmadan artmasına səbəb olmuşdur.   
Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın inkişafı və tərəqqisi istiqamətindəki fəaliyyəti ilə bağlı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

Keçidlər