Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi Səbail rayonunun təhsil müəəsisələrində geniş qeyd olunmuşdur

29 aprel 2014 | 15:00

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi paytaxtımızın Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar yubileylə bağlı idarə və təşkilatlarla yaşaşı, rayonun orta təhsil müəssisələrində  görkəmli alimin xatirəsinə həsr olunmuş bir  sıra tədbirlər, sərgi, inşa yazı və divar qəzetləri müsabiqələri, müxtəlif aksiyalar təşkil olunmuşdur.
Yubiley tədbirləri çərçivəsində 7, 163, 189, 190,  239 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə 132-134 saylı Təhsil Kompleksində görkəmli oftalmoloq, tibb elmləri doktoru Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, 7, 91, 239, 162, 189, 190 saylı orta məktəblərdə, 132-134 saylı Təhsil Kompleksində, 160 saylı Klassik Gimnaziyada divar qəzetləri, 91, 162,  163 saylı orta məktəblərdə bədii qiraət müsabiqələri, 2, 7, 163, 189, 203 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə şagirdlərin rəsm əsərləri sərgisi, 160 saylı Klassik Gimnaziyada Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevaının anadan olmalarının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turniri, 163 saylı orta məktəbdə idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş kitab sərgiləri, İstiqlal muzeyində tədbir təşkil olunmuş, rayonun orta məktəblərinin şagirdləri bu sərgi və tədbirlərin fəal iştirakçısı olmuşlar. Şagirdlərin Milli Azərbaycan Tarixi və İstiqlal Muzeylərində yaradılmış yeni ekspozisiyalara ekskursiyaları təşkil olunmuşdur.
Aprelin 28-də 132-134 saylı Təhsil Kompleksində şagirdlərin elektron təqdimatları keçirilmiş, mövzu ilə bağlı materiallar məktəbin saytına yerləşdirilmişdir. Həmçinin 91 və  236 saylı orta məktəbdə akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yoluna həsr olunmuş dəyirmi masa, 132-134 saylı Təhsil Kompleksində «Qəlblərdə yaşayan insan» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbirlər çərçivəsində rayonun 2, 49, 50, 51, 91, 162, 190, 203, 236 saylı orta məktəbləri, 160 saylı Klassik Gimnaziya və 132-134 saylı Təhsil Kompleksinin yuxarı sinif şagirdləri «Fəxri Xiyaban»da Xalqımızın ümummilli lideri Heydər Əliyev və akademik Zərifə xanım Əliyevaının məzarlarını ziyarət etmiş və onların abidələri önünə əklil və tər çiçəklər qoymuşlar.
Keçirilən tədbirlərdə Səbail rayon İcra Hakimiyyətinin rəhbər və məsul işçiləri, rayon ictimaiyyətinin, veteranlar, ağsaqqallar və gənclərin nümayəndələri iştirak etmişlər.

Keçidlər