Səbail Rayon İcra Hakimiyyətində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın şöbə müdirləri və əməkdaşları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 15 iyun tarixinin Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğulayaraq bu tarixi günün yaranmasının Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildrimişdir. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə xalqın yeganə çıxış yolunun Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördüyünü diqqətə çatdıran RİH başçısı həmin gündən başlayaraq Azərbaycanın dünya ölkələri ilə sağlam münasibətlər yaratmaq və inkişaf etdirmək xətti götürdüyünü, Ulu Öndərin xalqımıza bəxş etdiyi əbədi müstəqilliyin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində əldə edilən nailiyyətlər ilə daha da möhkəmləndirildiyini, ölkəmizin tarixinin ən qüdrətli dövlətinə çevrildiyini və hərtərəfli inkişaf edən ölkə kimi tarixi yolunu inamla davam etdirdiyini qeyd etmişdir.
Tədbir zamanı qeyd olunmuşdur ki, müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq Ümummilli Liderin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir.
Tədbirin sonunda 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı Ulu Öndər Heydər Əliyevin həyatı və yorulmaz fəaliyyətindən, Ümummilli Liderin sarsılmaz inamla söylədiyi fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilmişdir.