Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyada “Gənclər narkomaniyaya yox deyir” mövzusunda tədbir keçirilmişdir
Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyada “Gənclər narkomaniyaya yox deyir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, RİHBA-nın şöbə müdiri Orxan Aydınov, RİHBA-nın məsul əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə söhbət açaraq qeyd etmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, ölkədə, eyni zamanda Səbail rayonunda narkomaniyaya qarşı keçirilən tədbirlər, aparılan profilaktik işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Daha sonra tədbir iştirakçıları ilə rayon ərazisində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin sağlamlığının qorunması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.