Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş respublika elmi konfransı keçirilmişdir.

04 may 2014 | 15:00

Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları işığında inkişaf edən və yüksələn Azərbaycan” mövzusunda respublika elmi konfransı keçirilmişdir.
       Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdəki abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
       Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi konfransda ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, may ayının 10-da Azərbaycan xalqının dahi oğlu, qüdrətli siyasi xadim, müstəqil və müasir dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tamam olur. Bu əlamətdar gün münasibətilə respublikamızda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir. ADPU-da da Ulu Ondərin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir. Böyük qürur hissi və fəxrlə deyə bilərik ki, Ulu Öndər XX əsrin ən parlaq və nadir şəxsiyyətlərindən biridir. Dahi şəxsiyyət iti və parlaq zəkası, yüksək intellekti, zəngin erudisiyası, siyasi uzaqgörənliyi və müstəsna təşkilatçılıq qabiliyyəti ilə xalqımızın böyük hörmət və nüfuzunu qazanmışdır.
Y.Məmmədov, həmçinin Ulu Öndərin təhsil sahəsində həyata keçirdiyi islahatlardan, elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açmışdır.   
        Səbail Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, şair-dramaturq, Prezident təqaüdçüsü Ramiq Muxtar dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində ümummilli liderin əvəzsiz rolundan danışmışlar.
         Qeyd edilmişdir ki, bu gün Azərbaycanın qazandığı bütün uğurlarının əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müqəddəs şəxsiyyət olan dahi rəhbərin bütün fəaliyyəti yalnız xalqın xidmətinə yönəlmişdir. Onun dərin düşüncəsi, ideyaları, qurub-yaratdıqları, siyasət, iqtisadiyyat, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlar, möhtəşəm layihələr, xalqımızın rifahına, işıqlı gələcəyinə xidmət edir. Hər bir azərbaycanlı onun zəngin irsini öyrənməli, gələcək nəsillərə çatdırmalıdır.
          Konfransa təqdim edilən məruzələr “Pedaqoji universitet xəbərləri” jurnalının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş xüsusi buraxılışında çap ediləcəkdir.

Keçidlər