Şriftin ölçüsü :

Saytın rəngi :

189 saylı orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı tədbir keçirilmişdir

03 may 2014 | 15:00

May ayının 2-də Səbail rayonu, 189 saylı orta məktəbdə Ümummmilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri açıq elan edən 189 saylı orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva qonaqları salamlamış, tədbirin hazırlanması barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azәrbaycançılıq mәfkurәsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasәti, dönmәz әqidәsi vә tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçәklәşdirilməsinә, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuş Heydər Əliyev  bütün həyatını Azərbaycanın möhkəmlənməsi, çiçəklənməsi və inkişafına sərf etmişdir. Onun həyat və fəaliyyəti hər bir Azərbaycanlı üçün bir örnək olmalıdır.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun uşaq və gənclərin vətənpərvər tərbiyəsi, sağlam böyüməsi istiqamətində gördüyü işlərdən danışmış, dahi şəxsiyyətin anadan olmasının 91 illiyi ilə bağlı Səbail rayonunda görülən işlər, keçirilən tədbirlər barədə məlumat vermişdir. 
Tədbirdə məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar nümayiş etdirilmiş, ulu öndərə həsr olunmuş şerlər və müsiqi parçaları tədbir iştirakçılarında həzin duyğular və unudulmaz anlar yaşatmışdır.
Tədbirdə RİH-nin nümayəndələri ilə yanaşı, Rəssamlıq Akademiyasının prorektoru, professor Validə Məmmədova, Bakı şəhər Təhsil İdarəsinin, rayon təhsil ictimaiyyətinin, veteranların nümayəndələri, valideynlər iştirak etmişlər.

Keçidlər