Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir

06 may 2014 | 15:00

Səbail rayonu, Badamdar qəsəbəsindəki şəhid Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Səbail rayon İcra Hakimiyyətinin Ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər planı çərçivəsində təşkil olunmuşdur.
Bayramsayağı bəzədilmiş məktəb həyətində başlanın tədbir Azərbaycanının Dövlət himninin ifası ilə başlanmışdır. Tədbiri 239 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açaraq qonaqları salamlamış, tədbir barədə, onun məqsədi və Ulu öndərin doğum günü ilə bağlı  məktəbdə görülən işlər barədə məlumat vermişdir.
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev xalıqmızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Natiq qeyd etmişdir ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Eldar Ağayev həmçinin Səbail rayonunda ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər barədə məlumat vermişdir.
Məktəblilər Heydər Əliyevə həsr olunmuş şer və mahnıları ifa etdilər, ibtidai sinif şagirdləri Ulu öndərin doğum günü ilə bağlı «91» və Heydər Əliyev Fondunun 10 illiyi ilə bağlı «10» rəqəmlərinin fiqurlarını nümayiş etdirmişlər. 
Sonra məktəbin 15 sinifində «Əsrlərə bərabər illər» mövzusunda elmi-təcrübi seminar keçirilmişdir.  Seminarda «Heydər Əliyev və Ordu quruculuğu», «Zəmanəmizin ən Böyük Azərbaycanlısı», «Ölkənin elektrik enercisi və alternativ enerci mənbələri ilə təmin olunmasında böyük siyasətçinin rolu», «Heydər Əliyev və uşaq hüquqları», «Heydər Əliyev - zəmanəmizin lideri» və s. mövzularda seminar məşğələləri, şagirdlərin Ulu öndərə həsr olunmuş elektron təqdimatları və əlamətdar gün münasibəti ilə təşkil olunan tədbirlər çərçivəsində keçirilən «Şən startlar» yarışlarının final mərhələsi keçirilmişdir.
Tədbirdə RİH ilə yanaşı, Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, rayon pelaqoji ictimaiyyətinin nümayəndələri, Badamdar qəsəbə nümayəndəliyi və Badamdar Bələdiyyəsinin rəhbərləri də iştirak etmişlər.

Keçidlər