Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilmişdir

17 iyun 2025 | 16:35

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Səbaildə “Konstitusiya və Suverenlik İli”  çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, filologiya elmləri doktoru Nağdəli Zamanov, RİHBA-nın məsul əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən tibb müəsissələrinin rəhbərləri və əməkdaşları iştirak etmişlər.
Bütün tibb işçiləri peşə bayramı münasibətilə təbrik edilərək bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxarmışdır.  Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosial siyasət nəticəsində səhiyyə sahəsindəki strateji yanaşma Azərbaycanın beynəlxalq arenada tanınmasını və xüsusi yer qazanmasını təmin etmişdir.
 
Tədbir zamanı çıxış edən həkimlər səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsini daim diqqət mərkəzində saxlayan ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
 
Sonda peşə fəaliyyəti ilə fərqlənən tibb işçiləri rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail RİH başçısının Fəxri Fərmanları ilə təltif edilmişlər.

Keçidlər