Silahlı Qüvvələr günü ilə əlaqədar «Azercell» şirkəti tərəfindən Səbail rayonunun veteranlarının iştirakı ilə yeni layihəyə başlamışdır
Azərbaycan Silahlı Qüvvələr günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının «Şəhidlər Xiyabanı»ndakı qərargahında tədbir keçirilmişdir. Səbailli veteranlarla bərabər bu tədbirdə veteran təşkilatının respublika və Bakı şəhər şöbələrinin rəhbərləri, həmçinin «Azercell» şirkətinin nümayəndələri də iştrak etmişlər.
Tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və vətən uğrunda həyatından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlanmışdır.
Tədbiri açıq elan edən AVMVB Səbail rayon təşkilatının sədri İlham Əliyev toplaşan keçmiş döyüşçüləri Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibəti ilə təbrik etmiş, bidirmişdir ki,bu gün bütün veteranlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun siyasətini hərtərəfli dəstəkləyirlər və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad olunması uğrunda döyüşə getməyə hazırdırlar.
Tədbirdə iştirak edən «Azercell» şirkətinin nümayəndəsi Anar Cahangirli veteranları ordu günü münasibəti ilə təbrik etmiş, onlar uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, şirkət mobil rabitə sahəsində Azərbaycanda aparıcı yeri tutur və onun istifadəçilərinin sayı dürmadan artır. Müharibə veteranlarını Azərbaycan xalqının dəyərli övladları hesab edən şirkət onların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində yeni layihəyə başlamağı nəzərdə tutmuşdur. Bu layihənin həyata keçirilməsinin təşəbbüskarı Səbail rayon İcra Hakimiyyəti olmuş və layihəyə məhz Səbail rayonu veteranları ilə başlamağa qərar verilmişdir. Şirkət nümayəndəsi layihəyə hazırlıq üçün görüləcək işlərdən danışmış, veteranların elektron qeydiyyat bazasının yaradılmasına başlandığını bildirmişdir. Bir ay ərzində veteran təşkilatlarının respublika və Bakı şəhər təşkilatlarının köməyi ilə məlumat bazasına ilkin olaraq 5000 nəfər qeydiyyata alındıqdan sonra layihəyə start veriləcək və bu layihə veteranların sosial müdafiəsi istiqamətində növbəti addım olarcaqdır.
Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova tədbirdə çıxış edərək Silahlı Qüvvələr günü münasibəti ilə iştirakçıları təbrik etdi, Səbail rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələrinin bir neçə gün əvvəl cəbhə bölgəsində əsgərlərlə görüşü barədə məlumat verdi. X.Bayramova «Azercell» şirkəti tərəfindən veteranlarla bağlı layihənin əhəmiyyətini yüksək qiymətləndirmiş, onun həyata keçirilməsi üçün RİH tərəfindən lazımi köməklik göstəriləcəyini bildirmişdir.
AVMVB-nin sədri Fizuli Rzaquliyev və digər veteranlar çıxış edərək bu bu kimi layihələrin həyata keçirilməsinə görə Səbail RİH-nə və «Azercell» şirkətinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbirdə iştirak edən veteranlara Silahlı Qüvvələr günü münasibəti ilə xatirə hədiyələri təqdim olunmuşdur.