«Son zəng» tədbirləri Səbail rayon məktəblərində xüsusi təntənə ilə keçirilmişdir
Ənənvi olaraq «Son zəng» tədbirləri Səbail rayonunun bütün 18 orta məktəbində təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış, bilik bayramının yüksək səviyyədə, butun məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.
Səbail rayonunda 18 orta məktəblərində 2075 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 20919 şagird təhsil alır ki, bu il onların 1350 nəfəri məzundur.
Şəhərin mərkəzində yerləşən 6 saylı tam orta məktəbdə ümumilikdə 1993 nəfər şagird təhsil alır. Bu il 2 sinifdə 73 şagird 11-ci sinifi bitirir. Məktəbdə 113 müəllim çalışır ki, onların 5 nəfəri Əməkdar müəllimdir. 6 saylı tam orta məktəb 2007-2008-ci və 2012-2013-cü tədris illərinin yekunlarına görə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin, məktəbin 13 nəfər müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında olmuşlar. 2013-cü ildə məktəbin müəllimi Səfərova Əminə «Tərəqqi» medalına, məktəbin məzunu Səfərova Zəhra «Qızıl medala» layiq görülüb.
Tədbirə toplaşan məzunları, onların validenylərini və çoxsaylı qonaqları salamlayan 6 saylı orta məktəbin direktoru Gülşən Orucova məktəb kollektivinin uğurlarını qeyd edərək məktəbin məzunu - 1967-1977-ci illərdə bu məktəbdə oxumuş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə respublikamızda təhsilə olan diqqət və qayğıdan, məhz cənab Prezidentin sərəncamına əsasən 6 saylı tam orta məktəbin sokülərək yenidən tikilməsi və ölkə başçısının iştirakı ilə 2011-ci il sentyabrın 15-də istifadəyə verilməsindən, burada müasir təhsil üçün hər cür şərait yaradılmasından danışmış, məzunları Prezidentimiz kimi vətənpərvər, işgüzar olmağa çağırmış, onlara gələcək həyatda uğurlar arzulamışdır.
Tədbirdə valideynlər, müəllimlər qonaqlar onbirinciləri təbrik etmiş, məzunlar isə mahnı və rəqsləri ilə öz məharətlərini göstərmişlər.
Paytaxtımızın mərkəzindəki 132-134 saylı təhsil Kompleksində keçirilən son zəng tədbirləri xüsusi təntənə təşkil olunmuşdur. 150 yaşlı, böyük ənənələrə malik 132-134 saylı Təhsil Kompleksində hazırda 80 sinifdə 2200 şagird təhsil alır. Bu il məktəbi 85 məzun bitirir ki, onlardan 10 nəfəri «Qızıl medal»a namizədddir. Kompleksdə 300 nəfər işçi çalışır, onlardan 200 nəfər müəllimdir. Pedaqoci işçilər arasında 2 elmlər namizədi, 6 əməkdar müəllim var. Təhsil Kompleksi «İlin ən yaxşı məktəbi» müsabiqəsinin qalibi olmuşdur. Kompleksin 13 müəllimi «Ən yaxışı müəllimi» müsabiqəsinin qaliblərindəndirlər. Keçən il ərzində isə məktəbin məzunlarından 8 nəfər «Qızıl» medala layiq görülmüşdür.
Ölkə başçısının sərəncamına əsasən 2010-cu ildə əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuş 132-134 saylı Təhsil Kompleksi bu gün şəhərimizin mərkəzi üçün gözəl memarlıq abidəsinə çevrilmişdir.
«Son zəng» tədbirində məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 132-134 saylı Təhsil Kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxışını Ümummmilli liderimiz Heydər Əliyevin «Təhsil millətin gələcəyidir» sözləri ilə başladı, Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi və bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı. Sara Xanlarova həmçinin bu gözəl və hər cür tələblərə cavab verən Kompleksə görə məktəb kolletivi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.
Məktəblərdə keçirilən tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə banışmışdır.
Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulaimış, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə də ətraflı məlumat vermiş, məktəblərin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulamışdır.
Tədbirlərdə iştirak edən digər qonaqlar müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Səbail rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçmiş və məzunların həyatında yaddaqalan bir günə çevrilmişdir.
Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak etmişlər.