Səbail rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü geniş qeyd olunmuşdur
«Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi ondan asılı olacaqdır»
Heydər Əliyev
1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş «Qadınların Beynəlxalq Konfransı»nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.
Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur.
Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Tədbirlər planına uyğun olaraq rayondakı Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilmişdir. Tədbiri açıq elan edən 3 saylı Uşaq Musiqi məktəbinin direktoru Məhin Orucova uşaqları və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmiş, qeyd etmişdir ki, uşaq musiqi məktəbi 1955-ci ildən fəaliyyət göstərir, məktəbdə fortepiano, skripka, gitara, klarnet, truba, saksafon, fleyta, zərb alətiləri, tar, kamança, qanon, balaban, qarmon, xanəndə, xor, estrada və vokal siniflərində, ümumilikdə 332 uşaq təhsil alır ki, onlara 96 müəllim dərs deyir. 2012-ci ildə məktəb sökülərək yenidən tikilmiş, burada uşaqların normal təhsili üçün hər cür şərait yaradılmışdır.
Tədbiri çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışdır. Bayramın tarixçəsindən danışan Asif Əsgərov bildirilmişdir ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.
Qeyd olunmuşdur ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşlar.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə başçısının «2009-cu ilin Uşaq ili elan olunması ilə bağlı» Sərəncamı Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.
Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fondun «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, bir çox körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur.
Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Tədbirdə Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbi şagirdlərinin ifasında Şarl Perronun nağıllları əsasəıda Avstriya bəstəkarı Y.Haydnın fortepiano sonatalarının musiqisinə yazılmış opera-zarafat nümayiş etdirilmişdir. Şagirdlərin çıxışları qonaqların alqışları ilə qarşılanmışdır.
Tədbirdə Səbail rayon rəhbərliyi ilə yanaşı Bayıl yaşayış sahəsində yerləşən orta məktəblərin şagirdləri də iştirak etmişlər.