Şriftin ölçüsü :

Saytın rəngi :

189-190 nömrəli tam orta məktəbdə Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbir keçirilib

27 dekabr 2022 | 10:41

189-190 nömrəli tam orta məktəbdə Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Qarabağ qələbəsi uşaqların gözü ilə” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, 189-190 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.

Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova bildirmişdir: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir””.

Daha sonra məktəbin müəllimi Fiqarova Nigar “Rayonun ictimai-siyasi həyatında fəallıq göstərdiyinə görə” Səbail Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunmuşdur.

Tədbir zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilmiş, rəqslər nümayiş olumuşdur.

Keçidlər