Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş günü ilə əlaqədar Səbail rayonunda imkansız ailələrə bayram payları təqdim olunmuşdur

18 iyun 2014 | 15:00

Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunur, bayramla əlaqədar rayonun idarə və təşkilatlarında müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar keçirilir.
Əlamətdar günə həsr olunmuş tədbirlər çərçivəsində növbəti tədbir  rayonun Bayıl yaşayış sahəsində  Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara və digər ictimai təşkilatların,  bayram  ərəfəsində ərazidə böyük abadlıq işlərinin aparılmasında iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir.
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır. Yavər Allahverdiyev  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat vermişdir.
Bildirmişdir ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. 20 il öncə bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Bu Heydər Əliyevdir.
Əziz bayramla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə   ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil     və s. aztəminatlı ailələrin üzvləri, rayon təsərrüfat xidmətlərinin işçiləri ümumilikdə 1000 nəfər üçün ərzaq bağlamaları hazırlanmış və bu tədbirdə onlar paylanılmışdır.
Tədbirdə çıxış edən  Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev,  Qarabağ əlilləri, şəhid ailələri və veteranları cəmiyyəti Səbail rayon şöbəsinin sədri Bəyverdi Novruzov və başqaları  digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər