Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin 6 ayının yekunları Səbail rayonunda müzakirə olunmuşdur

14 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2014-cü ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, bu gün Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsinin 45 illiyi tamam olur. Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq 1969-cu il iyul ayının 14-də respublikamızda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən  öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində   iqtisadiyyat 2,1 % artmış, ümumi daxili məhsulun səviyyəsi yüksəlmiş, qeyri-neft sektorunda inkişaf 7,0 % olmuşdur. İnflyasiya cəmi 1,6% təşkil etmiş, əhalinin pul gəlirləri 4,7 % artaraq, inflyasiyanı 3 dəfə üstələmişdir. Hazırda ölkənin valyuta ehtiyatları 54 milyard dollardan çoxdur ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov    bildirmişdir ki, 2014-cü ilin 6 ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11 milyard 534,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 % çox sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri tərəfindən  256,2   milyon manatlıq və ya 1,7 % çox, rabitə müəssisələri tərəfindən 132,1  milyon manatlıq və ya 1,4 % çox xidmətlər göstərilmişdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5   milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5  %  çoxdur.  Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 1 milyard 114,6 milyon   milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə   73,2 % çoxdur .
6 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  106,4 milyon manat məbləğində  və ya ötən ilin eyni dövründən 22,8 % çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 127,3 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2013-cü  ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % çoxdur.
I yarımillikdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manatlıq və ya əvvəlki ilin yanvar-iyun aylarından 22,8 % çox istehlak malları satılmış,   35,5 milyon  manatlıq  və  ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən  29,4  % çox  iaşə  xidmətləri  göstərilmişdir.  Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən  2,9 % artaraq 127,3 milyon manat olmuşdur.
Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olmuş, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşmışdır.  Rayonda çalışan işçilərin sayı 112246 nəfər, orta aylıq əmək haqqının məbləği isə 970,0 manat olmuşdur.
2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190  yeni iş yeri açılmışdır. Bunlardan hamısı daimi iş yerləridir.
Binici yarımillikdə  rayonda 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasıda aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın və  Badamdar qəəsəbəsində  yeni İdman Kompleksinin, yeni xəstəxana binasının və  3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir.
Ha¬zır¬da rayon ərazisində Su İdmanı sarayının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 5 mərtəbəli «İnturist» mehmanxanasının, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  daha bir yeni binanın  tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması aparılır, Neftçilər prospektində İdman Oyunları Sarayı (Əl Oyunları sarayı) əsaslı təmir olunur, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Badamdar qəsəbəsində «Könül» körpələr evinin əsaslı təmiri və yenidənqurulması həyata keçirilir.
Rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri çərçivəsində hesabat dövrü ərzində Qurban Abbasov küçəsindəki  35, 76 və 78 saylı, Fikrət Əmirov küçəsi 1 və 2, Neftçilər prospektindəki 111, 121, 131 saylı binaların üzlənməsi başa çatdırılmış, Üz.Hacıbəyov küçəsi 18 və 23, Adil İsgəndərov küçəsi 1 və 3/5, Neftçilər prospekti 129 ünvanlarında yerləşən binaların, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki,  Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində,  bir sıra binaların dam  örtüyündə   təmir işləri aparılmış,  su və   kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülmüşdür.
Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilmişdir.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal İdarəsi tərəfindən sakinlərin elektrik enercisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirillmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
2014-cü ilin 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 386 ailə (1520 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122,0 manat sosial yardım təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13116 nəfər təqaüdçülərə ilin ilk 6 ayı ərzində 19.535,0 min manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 6 ayı ərzində 485 nəfər işaxtaran vətəndaş  daimi işlə təmin olunmuşdur,  «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci yarısı ərzində Mərkəzdə 20 nəfər iş axtaran vətəndaş üçün «Kompyuter istifadəçisi», 16 nəfər iş axtaran vətəndaş üçün «Kompyuturçi-dizayner», 12 nəfər iş axtaran vətəndaş üçün «Xalçıçı», 20 nəfər iş axtaran vətəndaş üçün isə «İngilis dili» peşə kursları açılmış, «Əmək yarmarkasında» 8 nəfər daimi işlər təmin olunmuşdur.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq  rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını, hərbi hissənin təlabatları üçün müxtəlif tikinti materiallarını  çatdırmış,  incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilmişdir.
Müxtəlif bayramlarla əlaqədar rayonda 6100 aztəminatlı ailəyə ərzaq bağlamaları, 1500 pay ət verilmiş, ümumilikdə isə 6 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 8323 olmuşdur.
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev, İçəri şəhər «Cümə məscidi» dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Şakir Nuriyev, Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rəna Əliyeva, Səbail rayon Qaz İstismar sahəsinin rəisi Sadıx Rəhimov  və  başqaları çıxış etmişlər.
Sonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş «Gül bayramı»nda fəal iştirak  etdiklərinə görə 6 saylı orta məktəb, 132-134 saylı Təhsil Kompleksi və Azərbaycan Dövlət Pedaqoji Universiteinin kollektivləri Səbail rayon İdra Hakimiyyətinin Diplomları ilə təltif olunmuşlar.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Milli Məclisin deputatı Fuad Muradov iclasda iştirak etmişdir.

Keçidlər