Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda kitab yarmarkası keçirilmişdir

22 iyul 2014 | 15:00

19-20 iyul 2014 - Səbail rayonunda kitab yarmarkası keçirilmişdir. Səbail rayon İcra Hakimiyyətinin dəstəyi və “Qanun” nəşriyyatının təşəbbüsü ilə keçirilən növbəti yarmarka Səbail rayonu ərazisindəki “Sahil” bağında həyata keçib. Kitabların qiymətinə 20 % endirim edilib. Yarmarkada 700 adda 15 min kitab oxuculara təqdim edilir.
Xeyli oxucunun qatıldığı yarmarkaya ölkənin tanınmış şəxsləri, eləcə də bir çox dövlətlərin ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri qatılıblar. Onlar arasında Böyük Britaniyanın səfiri İrfan Siddiq və  xanımı, ABŞ səfiri Riçard Morninqstar, xanımı xanımı Feys Morninqstar, Norveç Krallığının səfiri Erling Skjonsbergi və onun xanımı də olub. Onlar özlərinə maraqlı olan kitabları alıblar və bu cür kitab yarmarkalarının təşkilini müsbət qiymətləndiriblər.
Qeyd edək ki, Səbail rayonu İcra Hakimiyyəti ilə birgə təşkil olunan endirimli kitab yarmarkası iki gün ərzində davam etmişdir.

Keçidlər