Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “2 fevral – Gənclər günü” münasibətilə tədbir keçirilmişdir

31 yanvar 2025 | 17:58

Səbail Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİH başçısı Aparatının şöbə müdirləri və məsul əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər iştirak etmişdir.
Tədbir zamanı ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanaraq Ulu öndərin daim Azərbaycanın gələcəyi haqqında düşündüyü, gənc nəslin inkişafına davamlı qayğı göstərdiyi bildirilmişdir. Dövlətimizin apardığı gənclər siyasətinin bu gün ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən yeni inkişaf mərhələsinə qaldırıldığı diqqətə çatdırılmış, gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şəraitin yaradıldığı qeyd edilmişdir.
Tədbirdə mövzuya aid video-çarx nümayiş etdirilmiş, “Heydər Əliyev və gənclər siyasəti”, “Konstitusiyada gənclərin hüquqları və vəzifələri”, “Gənclərin suveren Azərbaycanın gələcəyində rolu” mövzularında məruzələr dinlənilmişdir.
Tədbirin sonunda rayon gəncləri arasında fəal və səmərəli fəaliyyətinə görə fərqlənən gənclər Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşlar.

Keçidlər