Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivində sakinlərin müraciətlərini dinləmiş və əraziyə baxış keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20-ci sahə yaşayış massivi, Ö.F.Nemanzadə və Ş.Allahverdiyev küçələrində sakinlərin müraciətlərini dinləmiş və əraziyə baxış keçirmişdir. Görüşdə RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Görüşdə sakinlərin problemləri ilə maraqlanan RİH başçısı onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






