Şriftin ölçüsü :

Saytın rəngi :

20-ci sahə yaşayış massivində aparılan abadlıq, təmir-bərpa işlərinə baxış keçirilib

25 aprel 2024 | 14:14

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq Səbail rayonunda aparılan abadlıq işləri sürətlə davam etdirilir.
Görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə 20-ci sahə yaşayış massivi, Salyan yolu ünvanında aparılan abadlıq, təmir-bərpa işlərinə baxış keçirmişdir.

Keçidlər