Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 20-ci sahə yaşayış massivində sakinlərlə görüşü

23 oktyabr 2024 | 11:33

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20-ci sahə yaşayış massivi, Ş.Allahverdiyev küçəsində sakinlərlə görüş keçirmişdir. Görüşdə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları və ərazi icra nümayəndələri iştirak etmişlər.
Görüşdə sakinlərinin problemləri ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər