20-ci sahə yaşayış massivində sakinlərlə səyyar qəbul keçirilmişdir
İyunun 1-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun 20-ci sahə yaşayış massivi, Arif İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkında sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat vermişdir.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, fərdi yaşayış evlərinin təmir olunması, kanalizasiya xətlərinin yenilənməsi, küçələrin işıqlandırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Səyyar qəbul zamanı RİH başçısı Vuqar Zeynalov müraciət etmiş sakinlərin şikayətlərini dinləmiş, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə yerindəcə göstərişlər vermiş, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunmuşdur.
Qəbulda iştirak edən vətəndaşlar ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.