Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

19 yanvar 2023 | 19:00

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdiri Qabil Vahidov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Ümummilli lider Heydər Əliyevin hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəmədiyini, məhz ulu öndərin səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə göstərilən qayğının hər zaman diqqət mərkəzində olduğunu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və aparılan bu işlərin gələcəkdə də davam olunacağını bildirmişdir.  

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu faciənin Azərbaycan tarixində unudulmaz yer tutduğunu, yaşından asılı olmayaraq şəhid olan vətəndaşlarımızın vətəninin azadlığı uğrunda canlarından keçdiyini, dövlətimiz və xalqımızın şəhidlərimizi heç zaman unutmayacağını bildirmişdir.

Sonda 20 Yanvar faciəsi ilə əlaqədar hazırlanmış qısametrajlı film nümayiş olunmuşdur.

Keçidlər